Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-a səfəri zamanı Zelenskinin təhlükəsizliyi necə təmin olunub?..

BBC: Zelenskini Vaşinqtona qədər amerikan qırıcıları müşaiyət edib...

Ukrayna prezidentinin Vaşinqtona səfəri təhlükəsizlik baxımından “son anda” ləğv edilə bilərdi.

PİA.az BBC-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfərini təşkil etmək üçün ciddi təhlükəsizlik tədbirlərinə əl atılıb. Nəşr qeyd edir ki, səfərlə bağlı məlumat gizli saxlanılıb və Ukrayna liderinin təyyarəsini amerikan qırıcıları müşayiət edib.

BBC-nin məlumatına görə, Zelenski səfərə qatarla başlayıb. O, gizli şəkildə Ukraynadan Polşaya keçib və dekabrın 21-də səhər tezdən sərhəddə yerləşən Przemysl şəhərinin dəmiryol vağzalında görünüb. Bundan sonra Polşa televiziyasının kadrlarına əsasən, Ukrayna prezidenti bir qrup insanın müşayiəti ilə ABŞ hökuməti tərəfindən istifadə olun Chevrolet Suburban avtomobillərinin kolonuna doğru gedib.

Daha sonra Zelenskini daşıdığı iddia edilən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-40B təyyarəsi Rzeszow” hava limanından havaya qalxaraq Böyük Britaniyaya istiqamət götürüb.

BBC-nin məlumatına görə, göyərtəsində Ukrayna prezidenti olan təyyarə Şimal dənizi üzərində hava məkanına daxil olmazdan əvvəl NATO kəşfiyyat təyyarələri ərazini skan edib. Bundan başqa, Böyük Britaniyadakı bazadan havaya qalxan Amerikanın F-15 qırıcısı da Zelenskini marşrutun bir hissəsində müşayiət edib.

BBC-nin məlumatına görə, Ukrayna prezidentinin təyyarəsi yerli vaxtla günorta radələrində Vaşinqtona enib. ABŞ-a gəldikdən sonra Zelenskiyə digər dövlətlərin liderlərinin səfəri zamanı tələb olunduğu kimi “məxfi xidmət” mühafizəsi verilib. BBC qeyd edir ki, Ukrayna liderinin gəlişi zamanı təhlükəsizlik rəsmiləri əlavə ayıq-sayıq olublar.

ABC News-un məlumatına görə, Ukrayna prezidentinin ABŞ-da qorunmasına yüzlərlə Amerika kəşfiyyatı və hüquq-mühafizə orqanlarının əməkdaşlarıı cəlb edilib. Eyni zamanda, Zelenski Ukrayna təhlükəsizlik xidməti tərəfindən qorunub.

Associated Press mənbələri bildiriblər ki, Ukrayna prezidentinin Vaşinqtona səfəri təhlükəsizlik baxımından son anda ləğv edilə bilərdi. Zelenskiyə yaxın mənbə CNN-ə deyib ki, hətta ABŞ-ın yüksək rütbəli hökumət rəsmiləri və Ukraynanın ABŞ-dakı səfirliyinin əməkdaşları da səfərin qrafikindən xəbərsiz idilər.

BBC-nin məlumatına görə, Zelenskinin Vaşinqtona səfərinin mümkünlüyü bir neçə ay müzakirə olunub və son hazırlıqlar çox sürətlə aparılıb. Nəşrin məlumatına görə, Ukrayna lideri və ABŞ prezidenti Co Bayden dekabrın 11-də səfəri müzakirə ediblər, bundan sonra üç gün sonra Zelenskiyə dəvət göndərilib.

Qeyd edək ki, dekabrın 23-də Zelenskinin ofisindən yaydığı videomüraciətə əsasən, Ukrayna prezidenti artıq Kiyevə qayıdıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

“iPhone 16”da yeni bir düymə olacağı açıqlandı

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Şəhid Ədalət Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Ən çox oxunanalar