Gəncədə baş verən hadisə zamanı 3 nəfər zəhərlənərək xəstəxanaya gətirilib
Gəncə şəhərində üç nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Daxili İşlər Nazirliyindən ans press-ə verilən məlumata görə, hadisə yanvarın 24-də baş verib.
Belə ki, Gəncə şəhərində yaşayanlar - Yeganə Muradova, yanvarın 26-da Zaur Məmmədov və Elşən Dəmirli dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Digər bir zəhərlənmə faktı Bakıda qeydə alınıb. Yanvarın 25-də baş verən hadisə zamanı Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Şəbnəm Hacıməmmədova evində dəm qazından zəhərlənərək ölüb.
pia.az