Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalid Əhədov: “Abbas İbrahimov və Aqşin Əmirov ABB-dədir”


“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov Abbas İbrahimov və Aqşin Əmirovun bankın menecmentinə təyin olunduğunu təsdiqləyib


"APA-Economics"ə açıqlamasında X. Əhədov bildirib ki, adıçəkilən şəxslər ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunublar: 

"Abbas da, Aqşin də ABB-dədir. İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətiriliblər. Bir qədər sonra komandamıza qoşulacaqlar. Onlar üçün yeni ştat yaradılıb. Güclü komanda ilə yola davam edirik".
 
Qeyd edək ki, Abbas İbrahimov bu təyinatadək "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri, Aqşin Əmirov isə "Bank Respublika" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini tutublar. Beləliklə, bankın İdarə Heyəti sədrinin müavinlərinin sayı 5-ə çatıb.
 
Hazırda "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini Zaur Qaraisayev icra edir.
 
A. Əmirovun yerinə isə təyinat yoxdur.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar