Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə vətəndaşı Azərbaycanda saxlanıldı


Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 4-ü Türkiyə, 1-i İran, 1-i Banqladeş və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbir nəticəsində 7-si Nepal vətəndaşı olmaqla ümumilikdə 13 əcnəbi aşkar edilib


DMX-dən virtualaz.org-a verilən məlumata görə, araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.

Saxlanılmış Banqladeş vətəndaşı Saiful MD Islamın Azərbaycan ərazisindən istifadə etməklə İrana və oradan da Türkiyəyə keçiriləcəyi vədi ilə ölkəyə gətirildiyi və qanunsuz miqranta çevrilməsinə şərait yaradıldığı müəyyən edilib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Eyni zamanda saxlanılmış Türkiyə vətəndaşlarından Sokmen Sabrinin İnterpol xətti ilə axtarışda olduğu müəyyən edilərək müvafiq orqanlara məlumat verilib.

Miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə saxlanılan əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar