Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Türkiyə riskli siyasət qurub..."- Qubad İbadoğlu

"Əgər nəzərə alınmazsa pis nəticələr doğura bilər, Türkiyə iqtisadiyyatı isə hazırkı durumunda Qərb sanskiyalarına qarşısında dayana bilməz".

PİA.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

"Bəziləri iddia, hətta bəzən mübahisə də edirdlər ki, Türkiyənin Rusiya ilə bu qədər yaxınlaşması ABŞ-ın razılığı olmadan baş verə bilməz. Baxın, ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo türkiyəli həmkarı Yunus Elitaş ilə telefon danışığı zamanı bildirib ki, Rusiyanın hüquqi və fiziki şəxsləri ABŞ və Qərbin sanksiyalarından yan keçmək üçün Türkiyədən istifadə etməyə çalışırlar. O Rusiyanın hüquqi və fiziki şəxslərinin ABŞ və 30 ölkənin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Türkiyədən istifadə etməyə çalışmasından narahatlığını ifadə edib".

Onun fikrincə, Türkiyə riskli siyasət qurub, ABŞ-ın belə açıqlaması Ankaraya ciddi xəbərdarlıqdır:

"Əgər nəzərə alınmazsa pis nəticələr doğura bilər, Türkiyə iqtisadiyyatı isə hazırkı durumunda Qərb sanskiyalarına qarşısında dayana bilməz. Odur ki, nəticə çıxarmaq lazımdır. Xüsusilə də nəzərə alsaq ki, enerji daşıyıcılarına görə, Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsində qarşı tərəf yüksək müsbət saldoya malikdir və belə ticarət Türkiyədən çox Rusiyanın işinə yarayır, rublu möhkəmlədir, lirəni zəiflədir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ən çox oxunanalar