Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sosial şəbəkələr ona görə yaradılmayıb ki, hamı bir-biri ilə sevişsin" – Araz Əlizadə

Millət vəkili Araz Əlizadə boşanma hallarına münasibət bildirib

"Boşanmaların artmasında çoxsaylı səbəblər var. Boşanmaya səbəb bir deyil, iki deyil. Uşaqlar valideynlərin məsləhəti ilə evlənirlər, sonradan xasiyyətləri uyğun gəlmir və boşanırlar. Bəzən də görürsən ki, xanım və bəy bir-birləri ilə çox yaxşı yola gedirlər, ancaq valideynlər ən mədəni şəkildə ifadə etsək, onların işinə burunlarını soxurlar, uşaqları bir-birindən ayırırlar. Bundan başqa ailədə bir çox hallarda maliyyə sıxıntısı da boşanmalara səbəb kimigöstərilir. Dediyim kimi buna yüzlərlə səbəbi örnək göstərə bilərik”.

PİA.az bildirir ki, bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda boşanma hallarının artmasına münasibət bildirən millət vəkili Araz Əlizadə deyib. Boşanmalarda sosial şəbəkələrin də mənfi mənada rolunu vurğulayan millət vəkili bəzilərinin sosial şəbəkələrdən düzgün istifadə etmədiyini bildirib:

"Boşanmada sosial şəbəkələrin də rolu böyükdür. Sosial şəbəkələr ona görə yaradılmayıb ki, hamı bir-biri ilə görüşüb sevişsin. Onun üçün yaradılıb ki, insanlar axtardığı informasiyanı daha rahat əldə edə bilsinlər. Oradaki bu tipli xoşagəlməz hallara görə sosial şəbəklər məni heç maraqlandırmır. Sosial şəbəkələrdə yalan, əxlaqsızlıq, şər-böhtan baş alıb gedir. Ancaq demirəm ki, sosial şəbəkələri bağlayaq, bu mümkün də deyil. Yaxşısı odur ki, gəlin orada iyrənc hallara, yalan məlumatlara son qoyaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar