Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qəbələ"nin baş məşqçisi: "Hər kəs komandamıza hörmət edir"

"Olimpiakos"a qarşı oyunları çox bəyəndim. Doğrudur, nəticə onu demir. Ancaq matçı izləyən hər kəs komandamıza hörmət bəsləyir".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasının II mərhələsində Yunanıstan təmsilçisi "Olimpiakos"a uduzduqları matçlar (0:3, 0:4) barədə danışarkən deyib.

Mütəxəssis komandanın heyətində gələcək vəd edən futbolçuların olduğunu bildirib: "Deyirlər ki, yaxşı oyunçular çətin qarşılaşmalarda özlərini göstərənlərdir. Məncə, futbolçularımız ən yaxşı sözlərə layiqdirlər. Səfərdə "Olimpiakos"a 0:4 hesabı ilə uduzduğumuz görüşün icmalını yaxın günlərdə paylaşacağıq. Hər kəs də qiymət verər. Ümumiyyətlə, I və II mərhələlərdə oyunçuların cəsarətli və baxımlı futbolu məni çox sevindirdi".

Baş məşqçi növbəti mövsümdə də Azərbaycanı bu turnirdə təmsil etmək istədiklərini söyləyib: "Vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki bu işdə böyük təcrübəyə sahibik. Artıq 8 ildir ki, bu atmosferdə oynayırıq".

Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.

Poliqon.info 


Etiket: Famil Xəlilov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar