Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Moyka"larda içməli su işlədənlərə xəbərdarlıq: yeni tələblər qoyula bilər

Bu gün Azərbaycanda suya qənaət problemi aktual məsələlərdən biridir...

Elə kəndlərimiz var ki, orada içməli su əlçatmaz problemə çevrilib. Artıq su böhranı ilə bağlı anonslar eşidirik. Bu məqamda ölkədə, xüsusən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də Abşeron rayonu ərazisində yerləşən avtoyuma məntəqələrində su israfçılığı yenidən gündəmə gəlir. Çünki bu məntəqələrdə avtomobillərin yuyulmasında hələ də içməli sudan istifadə olunur. Bəs avtoyuma məntəqələrində su israfçılığının qarşısı alınmalıdır? Ümumiyyətlə, avtomobillərin yuyulmasında hansı sudan istifadə olunmalıdır? Məsələ ilə bağlı su məsələləri üzrə ekspert Rövşən Abbasov İqtisadiyyat.az-a açıqlamasında təəssüflə bildirib ki, avtoyuma məntəqələrində içməli sudan istifadə olunur.

Onun sözlərinə görə, bu da su qıtlığının artmasına təsir edən başlıca səbəblərdən biridir.

Ekspert xatırladıb ki, sadəcə olaraq obyektlər həmin suya görə xüsusi tariflə ödəniş edirlər. R.Abbasov avtoyuma məntəqələrində eyni sudan bir neçə dəfə istifadənin mümkünlüyündən də danışıb.

O bildirib ki, məntəqələrdə içməli sudan məhz avtomobili yumaq üçün istifadə edirlər və bu heç də çirkablı su hesab olunmur. Bu sularda bakteriyanın olmadığını vurğulayan ekspert söyləyib ki, həmin suları xüsusi yerlərdə filtrdən keçirməklə, yenidən istifadə etmək olar:

"İri şəhərlərdə yaşayan vətəndaşların səhlənkarlığı ucbatından, o cümlədən avtoyuma məntəqələrində baş verən su israfçılığı su qıtlığına səbəb olur. Ona görə də hesab edirəm ki, suyun qiyməti elə tənzimlənməlidir ki, suya qənaət təşəbbüsü yaransın".

Azərbaycanın su ehtiyatlarının getdikcə azaldığını vurğulan ekspertin sözlərinə görə, 2040-cı ilə qədər Azərbaycanın kəskin su qıtlığı yaşayan ölkələrdən birinə çevriləcəyi proqnozlaşdırılır. O deyir ki, su qıtlığının yaranmasına isə iqlim dəyişikliyi ilə yanaşı, ölkəmizə xaricdən gələn su ehtiyatlarının azalması da təsir edir:

"Təəssüf ki, ölkəmizə xaricdən gələn su azalmalarının qarşısını almaq çox çətindir. Lakin ölkə ərazisində su israfçılığının qarşısını almaq mümkündür. Bunun üçün müasir texnologiyalardan istifadə edilməsi mütləqdir. Həm içməli su, həm də suvarma su sektorunda suya qənaət etməyə imkan verən müxtəlif texnologiyalarla işlənilməlidir. Məsələn, suvarma sektorunda müasir suvarma metodlarına üstünlük verilməlidir. Eyni zamanda kənd təsərrüfatı sahəsi baş verən iqlim dəyişikliklərinə uyğunlaşdırılmalıdır. Məhz buna görə də BMT-nin Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi "Milli Adaptasiya Proqramı"na dəstək layihəsi mühüm əhəmiyyətə malikdir".

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bu gün avtoyuma məntəqələrinin böyük əksəriyyəti texniki su şəbəkəsi olmadığına görə maşınların yuyulmasında içməli sudan istifadə edir.

O deyib ki, həmin məntəqələrin hər biri "Azərsu" ASC-nin hüquqi bazasında qeydiyyatdadır və qeyri-əhali abonent kimi hər kubmetr üzrə 2 manat ödəniş edirlər:

"Bundan başqa, avtoyuma məntəqələrinin hər biri smart sayğacla təmin olunub. Bəzi hallarda avtoyuma məntəqələrinin sayğacdan kənar, oğurluq istifadə hallarına da rast gəlinir. Həmin məntəqələrə qarşı sərt tədbirlər görülür və dəymiş ziyana görə cərimələr tətbiq olunur. Belə cərimələrin məbləği kifayət qədər böyükdür. Ona görə də avtoyuma məntəqələrinin çoxu məhz cərimə məbləğinə görə qeyri-qanuni istifadə hallarından çəkinirlər.

Su israfçılığı məsələsinə də toxunan A.Cəbrayıllıya deyir ki, bəzi avtoyuma məntəqələri istifadə olunan suyu xüsusi çənlərə doldurur. Həmin sularda çökmə halından sonra maşınların palçığının və torpağının təmizlənməsində istifadə edilir.

"Su ehtiyatının sürətlə azalması və sudan səmərəli istifadə tədbirləri çərçivəsində avtoyuma məntəqələri üçün yeni tələblər qoyula bilər", - deyə "Azərsu" ASC-nin sözçüsü vurğulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar