2023-ci il 16 may tarixində Azərbaycan İstiqlal Muzeyində "Heydər Əliyev və Azərbaycan muzeyşünaslığı" adlı elmi-praktiki konfrans keçirilib...
Cənab Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan İstiqlal muzeyi tərəfindən start verilən "Ümummilli Lider Heydər Əliyev xatirələrdə" adlı layihə çərçivəsində təşkil olunan elmi-praktiki konfransda Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva Ümummili Lider Heydər Əliyevlə bağlı xatirələrindən, onun Azərbaycan mədəniyyətinin, o cümlədən muzeyşünaslığının inkişafı üçün danılmaz xidmətlərindən bəhs edib.
Poliqon.info xəbər verir ki, sonda konfrans iştirakçıları da Ulu Öndərlə bağlı unudulmaz xatirələrini bölüşüblər.
Elmi- praktiki konfransda muzey əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Fotolar
Poliqon.info