Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Euronews” telekanalının əməkdaşları Suqovuşanda - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Vətən müharibəsinin gedişatında, oktyabrın 3-də Suqovuşan kəndini işğaldan azad edib.

PİA.az xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə kəndin tarixi adı özünə qaytarılıb.

Bu günlərdə “Euronews” telekanalının çəkiliş qrupu erməni işğalından azad edilmiş kənddə olub.

Məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu özü ilə aparmağı xahiş edib.

"Bir dəfə gecə saqqallı erməni bizə gəldi. O, dedi ki, səhər çıxıb getməliyik. Bizə yalnız bir neçə at aparmağa icazə verdilər. Lakin başqa bir erməni atın cilovundan yapışıb dedi: "Siz bu atı aparmayacaqsınız". Mən balaca idim, ağlayırdım. Onlar atı apardılar və biz piyada getdik", - Xaliq Hümbətov telekanala danışıb.

X.Hümbətov artıq böyük kişidir. O, 27 il olmadığı doğma yerlərinə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar