Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Cəmil Həsənli bizdən üzr istəməlidir" - ReAL partiyası

"Avropa Birliyi və Azərbaycan arasında 2013-cü ildən fəaliyyəti dondurulmuş, yalnız cari ildə işi bərpa olunmuş Əməkdaşlıq Şurasının nazirlər səviyyəsində 5 aprel Brüssel toplantısından dərhal sonra AXCP (Milli Şura) və indiki Azərbaycan hakimiyyətinin nəzarətində olan media Respublikaçı Alternativ (REAL) partiyasına qarşı geniş miqyaslı kampaniya açıb"

PİA.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, bu barədə ReAL partiyası bəyanat yayıb:

"Üzləşdiyimiz uydurma ittihamlardan birincisini keçmiş səfir Arif Məmmədov irəli sürdü. Arif Məmmədov “Avropa İttifaqında uzun müddətdir işləyən bir dostu”na istinad edərək və REAL partiyasının təmsilçilərini nəzərdə tutaraq bildirmişdir: “Azərbaycan müxalifətinin nümayyəndə heyəti Brüssel səfəri çərçivəsində görüşlərində ölkədə gedən proseslər haqqında çox müsbət rəy bildiriblər.

Eyni mənbəyə istinadən, Arif Məmmədov REAL təmsilçilərinin Avropa Komissiyasında keçirdikləri görüşlər zamanı güya çıxış etdikləri hansısa tezisləri də sadalamışdı.

Bir neçə gündən sonra, Arif Məmmədov sübut kimi heç bir konkret mənbə göstərə bilməyəndə bu uydurma ittiham darmadağın oldu.

Bunun ardınca, “Amerikanın səsi”nə müsahibə verən Avropa Birliyinin mətbuat katibi Adam Kaznovski tamamilə haqlı olaraq bildirmişdi ki, Avropa Birliyi “REAL nümayəndələrini nə Brüsselə dəvət edib, nə də ki, onların səfərinə sponsorluq edib” (“The EU has neither invited REAL representatives nor sponsored their trip to Brussels”).

Cənab Kaznovski tamamilə haqlıdır. Dəfələrlə bildirdiyimiz kimi, Erkin Qədirlinin və Natiq Cəfərlinin ekspert fəaliyyətləri ilə əlaqədar Brüsseldə olduqlarını öyrənən Avropa Komissiyası Bakıdakı nümayəndəliyin texniki dəstəyi (vasiəçiliyi) ilə onları REAL partiyasının təmsilçiləri qismində görüşlərə dəvət etdi və onlarla AB-Azərbaycan münasibətlərinə dair, o cümlədən hazırlanan AB-Azərbaycan sazişi ilə bağlı siyasi müzakirələr apardı.

prelin 14-də Milli Şuranın sədri Cəmil Həsənli daha bir iddia ilə çıxış etdi. Bu dəfə ümumiyyətlə heç bir mənbəyə istinad etməyi özünə borc bilməyən Cəmil Həsənli bildirdi: “REAL partiyasının rəhbərliyinə daxil olan şəxslərin Brüssel səfərini hökumət təşkil edib və təəssüf ki, 6 il İlham Əliyev rejiminin zindan həyatını yaşamış İlqar Məmmədov da bu işin içində olub.

Daha əvvəl də dediyimiz kimi, Brüsseldə yerləşən EED adlı təşkilat Şərq Tərəfdaşlığı ölkələrindəki vəziyyəti dəyərləndirmək məqsədilə Erkin Qədirlini və Natiq Cəfərlini ekspert qismində Brüsselə dəvət etmişdi və səfəri tam olaraq təşkil etmişdi.

Cəmil Həsənli və AXCP (Milli Şura) yaydıqları uydurma və böhtanlara görə Respublikaçı Avternativ (REAL) partiyasından üzr istəməlidirlər. Siyasi yüngüllüklə ağır ittihamlar irəli sürmək - Əliyev rejiminə özünü 26 ildir rahat və təhlükəsiz hiss etməyə imkan vermiş siyasi üslubun təcəssümüdür. Həmin siyasi üslub ciddi siyasi qüvvəyə yaraşmadığı üçün, REAL indiyədək mövcud ənənələri pozmuşdur və mövcud rejimə qarşı özünə hörmət edən cümhuriyyətçi alternativ olaraq çıxış edir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Ən çox oxunanalar