Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu gün də Qarabağ probleminin alternativ həlli ehtimalı var" - Vardan Oskanyan

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 44 günlük müharibədən sonra baş nazir Nikol Paşinyanla görüşdüyünü deyib...

Poliqon "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, 1998-2008-ci illərdə XİN-ə rəhbərlik etmiş diplomat baş nazirin ona ünvanladığı tənqidlərlə bağlı videomüraciət yayıb.

Oskanyanın sözlərinə görə, o, əvvəllər bu görüş barədə heç vaxt danışmayıb. Diplomatın qeyd edib ki, müharibə günlərində vəziyyətlə bağlı bəzi təkliflərlə Paşinyana məktub göndərib:

"Müharibədən sonra Nikol Paşinyanla görüşdüm. Bu barədə əvvəllər danışmamışam, ilk dəfədir ki, danışıram. Müharibədən sonrakı vəziyyətdə bir neçə təklif verdim, onları kağıza yazdım və təqdim etdim. O, onları oxudu, təşəkkür etdi. Niyə indi bu haqda danışıram? Ona görə ki, hamı əmin olsun, mənim heç vaxt nəsə haqqında spekulyasiya etmək fikrim olmayıb”.

Keçmiş nazir əmindir ki, bu gün də Qarabağ probleminin alternativ həlli ehtimalı var: "Mövcud vəziyyətə alternativin olmaması ilə bağlı deyilənlər mifdir. Mən bu məsələni baş nazirlə müzakirə etməyə hazıram".

Qeyd edək ki, bundan əvvəl Paşinyan sabiq naziri tənqid edərək, onu Qarabağla bağlı danışıqlarda çaşqınlıq yaratmaqda ittiham edib. O, həmçinin eks-naziri 44 günlük müharibədə məğlubiyyətin səbəblərini araşdırmaq, 2018 və ya 2019-cu ildə ona nə məsləhət vermək istədiyini izah etmək üçün komissiyaya gəlməyə dəvət edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Əməkdar artist vəfat edən xanımından danışdı

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay