Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"BNA öz səlahiyyətlərini icra edə bilmədiyini açıqlayır" - Osman Gündüz

"BNA rəhbəri Vüsal müəllim yenə də “parkovşik”lərin onlara aidiyyatının olmadığını bildirib. Bununla artıq neçənci dəfədir ki, səlahiyyətli dövlət qurumu öz səlahiyyətlərini icra edə bilmədiyini açıqlayır".

Bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

Onun sözlərinə görə, qanunla BNA-ya verilən səlahiyyəti hansısa bir X şirkəti icra edir və pullar onun kassasına gedir:

"Anlamıram ki, dövlət nəzarətinə cavabdeh şəxslər üçün, Prezidentin fərman və sərəncamlarının icrasına nəzarət edənlər üçün daha hansı mesajlar verilməlidir.

Təsəvvür edin ki, real fəaliyyət göstərən parkovka infrastrukturu var, xidmət göstərilir və bununla bağlı pullar yığılır. Və ən qəribəsi odur ki, bununla bağlı, bu məsələləri tənzimləyən hüquqi-normativ baza da var.

Yalnız bir şey yoxdur. Nazirlər Kabineti parkovka ilə bağlı tarifləri müəyyən etmir.

Güman ki, kimlərsə "ağır çəkililər" NK-ya təsir edə bilirlər ki, nə qədər imkan varsa, Prezidentin fərmanının bu hissəsi icra edilməsin, qanuni parkovka tarifləri müəyyən olunmasın.

BNA deyir ki, məhz bu səbəbdən də parkovka ilə bağlı innovasiyalara əsaslanan normal bir sistem qura bilmirlər.

Əgər Prezident Administrasiyası NK-ya bu məsələni həll elətdirə bilmirlərsə, onda düşünürəm ki, Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanına dəyişiklik edilsin və tariflərlə bağlı səlahiyyət elə BNA-nın özünə verilsin və bununla da ümid edirəm ki, 4 il davam edən problem həllini tapar".(bakupost)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

Azərbaycan Prezidenti bütün ölkələri planeti xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıb

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Ən çox oxunanalar