Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bakı Metropoliteni" həftəsonları adi rejimdə fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 sentyabr tarixli 280 nömrəli “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, oktyabrın 1-dən ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni həftəsonları sərnişindaşıma fəaliyyəti göstərəcək.

Bu barədə "Bakı Metropoliteni" məlumat yayıb.

Bildirilir ki, həftəiçi olduğu kimi, istirahət günlərində də metropolitenin stansiyaları saat 06:00-dan 00:00-dək sərnişinlərin girişinə açıq olacaq. Qatarların hərəkət cədvəli, 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub. Bu səbəbdən qatarlararası interval "Qırmızı" xəttin “28 May-Həzi Aslanov” sahəsində 2 dəqiqə 30 saniyə təşkil edəcək. "Yaşıl" və "Qırmızı" xətlərin kəsişərək birləşdiyi müştərək sahəsi olan “28 May” stansiyasından sonra, “İçərişəhər” və “Dərnəgül” stansiyalarına və əks istiqamətdə qatarlar arasında interval 5 dəqiqəyə bərabər olacaq.

"Bənövşəyi" xətdə qatarların hərəkət cədvəlində dəyişiklik edilməyəcək.

Pandemiya şəraiti davam etdiyindən, müəssisə və təşkilatların iş rejimi, o cümlədən təlim-tədris ocaqlarının fəaliyyətində mümkün dəyişikliklərin nəzərə alınması məqsədilə xətlər üzrə müvafiq monitorinqlər həftəsonları davam etdiriləcək. Sərnişinlərin axın istiqamətləri və sıxlığı kimi mühüm məsələlər nəzarətdə saxlanılacaq. Zərurət olduqda, mümkün optimal texniki qərarlar veriləcək. Bu xüsusda ehtiyaca uyğun olaraq “Nərimanov” elektrik deposunda nəzərdə tutulan ehtiyat qatarlar xəttə buraxılacaq.

Bakı Metropoliteni” QSC sərnişinlərinin nəzərinə bir daha çatdırır ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi növbəti yumşalma tədbirlərinin müsbət nəticələrini qorumaq hər birimizdən asılıdır. “COVID-19” virusu ilə əlaqədar xüsusi karantin rejimi davam etdiyindən metodiki göstərişlərin, həmçinin sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət edilməsi vacibdir.

Unutmayaq, koronavirusla mübarizədən yalnız birlikdə qalib çıxa bilərik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ən çox oxunanalar