İngiltərənin "Arsenal" klubu baş məşqçisi Mikel Artetanın müqaviləsinin müddətini uzadıb.
"Report" "topçular"ın rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024/2025 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Mikel Arteta 2019-cu ildən London təmsilçisinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İngiltərə Kubokunu və ölkə Superkubokunu qazanıb.
pia.az