Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Allah keç kimi keçmiş və indiki məmurların gününə salmasın"

Allah keç kimi keçmiş və indiki məmurların gününə salmasın, iyrənc mənzərədir. Sistem əvvəlki qaydada işləyə bilmir - köhnə mexanizmlər çalışmır, yeniləri hələ yaradımayıb.

Çıxış yolu yeni ictimai saziş, yeni konstitusiyadır. Bu işi isə artıq YAP la görmək mümkün deyil, yeni hakim partiya yaranmalı, normal ideoji xətti və vitrini olmalıdı (bu haqda 5 ildir yazırdım həmişə).

Sonra yeni Ana Yasa üçün Milli Barışıq Masası qurulmalı, yeni hakim partiya ilə müxalif partiyalar birlikdə ictimai sazış hazırlamalıdırlar. Yeni Konstitusiya qəbul edildikdən sonra (Prezidentin səlahiyyəti azaldılır, Parlament Respublikasına keçid dövrü elan olunur, Yerli Özünüidarə instututları gücləndirilir və s.) keçid dövrü üçün indiki prezident öz vəzifəsində qalır, amma yeni qaydalara uyğun parlament seçkiləri (proporsional ağırlıqlı) keçirilir. Parlament yeni hökuməti formalaşdırır, iqtisadi-sosial məsələr hökumətin və yerli özüidarə institutlarının üzərinə düşür, xarici siyasət və təhlükəsizlik məsələləri və qurumları isə 2025-ci ilə qədər prezidentin tabeliyində qalır, amma Baş Nazirin bu sahələrdə qərar verən Prezidentə şərh vermək hüququ olur.

Ölkənin düşdüyü durumdan başqa çıxış yolu görünmür, normal, ağrısız, qansız-qadasız keçid dövrü üçün ən ideal yolu məhz belə görürəm. Hadisələr küçəyə daşınsa, məmləkət fəlakətlərlə qarşılaşacaq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ərik “vətənpərvərliyi”, və ya Marqaritanın “şaftalıları”

Natiq Cəfərli: "Rövşən, ay Rövşən", deyib ağlayırdı...  

Babamın alma ağacı, və ya Simonun “çirkli” işi 

"Allah keç kimi keçmiş və indiki məmurların gününə salmasın"

"Bu, o demək deyil ki, hakimiyyətə kim qarşıdırsa, müttəfiqimdir" - Natiq Cəfərli

Ən çox oxunanalar