Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədova hansı vəzifə verilə bilər?


Ötən gün struktur və kadr islahatlarının növbəti mərhələsi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılmasından sonra vəzifəsiz qalan Ziya Məmmədovun yeni təyinatı barədə mediada ehtimallar irəli sürülüb


Sosial şəbəkələrdə səsləndirilən bu ehtimalları Musavat.com saytı sabiq nazirin yaxın çevrəsinin iddiası ilə uyğunlaşdıraraq, oxucularına təqdim edib. Belə ki, sayt keçmiş nazir Ziya Məmmədovun Prezident İlham Əliyevin vitse-prezidentlərindən biri olmaq şansını itirmədiyini vurğulayıb.

Digər ehtimal isə Z.Məmmədovun baş nazirin müavini kimi nəqliyyat məsələlərini kurasiya edə biləcəyi və yaxud Prezidentin müşaviri vəzifəsinə təyin olunacağıdır.

Sabiq nazir özü ötən gün “indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı” sualına belə cavab vermişdi: “Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki! Bu işlər mənim səlahiyyətimdə deyil”.

Xatırladaq ki, sözügedən təyinatlar birbaşa Prezident İlham Əliyevin səlahiyyətinə aid olduğundan, bu yöndə ehtimallar heç bir mənbəyə dayanmır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar