Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zika“ Azərbaycan üçün təhlükəlidirmi?


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızdırma və xəstəliyə səbəb olan "Zika" virusunun yayılma təhlükəsi haqda xəbərdarlıq edib


 Bu virus Qara dəniz sahillərində, Rusiyada, Gürcüstanda, tanınmamış Abxaziya Respublikasında və bir sıra Avropa ölkələrində, ilk növbədə isə Balkan yarımadasında ağcaqanad vasitəsilə yayılır.
 
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, "Zika" virusuna yoluxmuş yüksəkriskli bölgələr Qara dəniz sahilində yerləşən Rusiyanın Krasnodar diyarı, Abxaziya da daxil olmaqla, Gürcüstan və Portuqaliyanın Atlantik okeanda yerləşən Madeyra adasıdır. Nisbətən az yayıldığı ərazilər isə Balkan yarımadası və Türkiyədir. Virus adıçəkilən bölgələrdə yaşayan "Aedes" ağcaqanadları vasitəsilə yayılır. Virus "Aedes aegypti" növündən olan ağcaqanadlar vasitəsilə yayılır.
 
Xəstəlik bu qədər yaxınlığımıza gəlmişkən, Respublikada vəziyyət necədir?
 
Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova Publika.az-a  bildirib ki, bu virusun Azərbaycanda yayılması ilə bağlı heç bir təhlükə yoxdur.
 
“Bu xəstəlik Qara dəniz bölgəsi üçün xarakterikdir. Bu virusu yayan ağcaqanaq da həmin bölgədə yayılıb. Xəstəliyin xarici vətəndaşlar tərəfindən ölkəmizdə gətirilməsinə gəldikdə, belə bir fakt hazırda yoxdur. Əgər belə hal müşahidə edilərsə, ona qarşı da tədbirlər görüləcək. Xəstəliyin insandan-insana keçmə təhlükəsi yoxdur. Bu əsasən, hamilə qadınlar üçün təhlükəlidir. Azərbaycanda isə belə ağcaqanadlar yoxdur. Yəni xəstə insan ölkəmizə gəlsə belə, onun yayılması ehtimalı yoxdur”.
 
R.İsmayılova bildirib ki, Respublika Taun Əleyhinə Stansiyada laboratoriya tam hazır vəziyyətə gətirilib. Xəstəliyin müayinəsi üçün bütün hazırlıqlar görülüb.
 
Qeyd edək ki, xəstəlik doğulmamış – ana bətnindəki uşaqlar üçün dəhşətli dərəcədə təhlükəlidir. Virus sayəsində mikrosefaliya baş verir, yəni dölün beyni və kəlləsində balacalaşma gedir, bu da əqli geriləməyə səbəb olur. 
 
"Zika" virusu ilk dəfə Şərqi Afrikada, Uqandada 1947-ci ildə meymunlarda aşkar edilib. Xəstəliyin insana yoluxması faktı da elə Şərqi Afrikada, Nigeriyada 1954-cü ildə qeydə alınıb.Onilliklər ərzində virus Afrika və Asiya ölkələrində, daha sonra Sakit Okean adalarında dövr etsə də, təlaş yaratmayıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar