Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şirvan şəhərində görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib...

Aprelin 28-də əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə Şirvan Şəhər Mədəniyyət Mərkəzində “Zərifə Əliyeva – ürəklərdə əbədi yaşayan işıqlı xatirə” adlı tədbir keçirilib.

Poliqon.info xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, şəhər ərazisində fəaliyyət göstərən regional, yerli idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib. Öncə Zərifə xanım Əliyevanın əziz xatirəsinə ehtiram əlaməti olaraq büstü önünə tər gül dəstələri düzülüb, foto-rəsm sərgisi ilə tanış olunub və Zərifə xanım Əliyevaya həsr olunmuş sənədli film izlənilib.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbirdə məruzə ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamına əsasən akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinin ölkəmizdə, o cümlədən Şirvan şəhərində də geniş qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, görkəmli oftalmoloq-alim, akademik, tibb elmləri doktoru, ictimai xadim, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördüyü böyük işləridir. Zərifə xanımın timsalında biz qadının zərifliyi ilə qüdrətinin birləşməsini, Azərbaycan qadınının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. Zərifə xanımın həm də bir qadın olaraq dövlət xadiminin qızı, dövlət xadiminin həyat yoldaşı, dövlət xadiminin anası kimi ətrafında nə qədər məsuliyyət cəmləşdiyinin şahidi oluruq. İlqar Abbasov həmçinin qeyd edib ki, Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, işini mükəmməl bilən həkim, həmçinin Azərbaycanda uğurlu qadın obrazını formalaşdıran ictimai xadim idi. Zərifə xanımın unudulmaz xatirəsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Müzəffər sərkərdə missiyasında yaşayır. Sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin müdiri Mətanət Səfərova akademik Zərifə xanım Əliyevanın dərin və mənalı ömür yolu, elmi və akademik fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Zərifə xanımın fitri istedada malik novator alim kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Tədbir respublikamızın və şəhərimizin tanınmış incəsənət ustalarının, mədəniyyət ocaqlarının kollektivlərinin rəngarəng konsert proqramı ilə davam edib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar