Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenskinin “təmizlik” işləri…

Vladimir Zelenski Ukrayna rəhbərliyindəki təmizləmələri daxili problemlərin həlli yolu adlandırıb...

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynada kadr dəyişiklikləri davam edəcək, çünki ölkədəki bütün daxili problemlər aradan qaldırılmalıdır. O hesab edir ki, bu cür tədbirlər ölkəni qorumağa kömək edir.

PİA.az xəbər verir ki, Ukrayna prezidenti bu barədə özünün Telegram kanalında yazıb.

“Dövlətə müdaxilə edən hər hansı daxili problem aradan qaldırılır və aradan qaldırılacaq. Bu, ədalətlidir, müdafiəmiz üçün lazımdır və Avropa institutlarına yaxınlaşmağa kömək edir”, deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, bir neçə gün ərzində Ukrayna hakimiyyət dairələrində ciddi sayılacaq bir neçə istefa gerçəkləşib. Onlardan biri, Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko tutduğu vəzifədən getmək qərarına gəlib və öz istəyi ilə istefa məktubu yazıb. O, etimada görə dövlət başçısı Vladimir Zelenskiyə təşəkkür edib. Ondan əvvəl isə əvvəl prezident aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç vəzifəsini tərk edib.

Daha sonra məlum olub ki, Ukraynanın müdafiə nazirinin müavini, respublikanın silahlı qüvvələrinin maddi-texniki təminatına cavabdeh olan Vyaçeslav Şapovalov istefa verib. Ukrayna Müdafiə Nazirliyinin saytında bu qərarın “qida xidmətlərinin alınması ilə bağlı ittihamlar kampaniyası nəticəsində Ukrayna Silahlı Qüvvələrinin sabit təchizatına təhlükə yaratmamaq üçün” qəbul edildiyi bildirilib.

Həmçinin məzuniyyətdən sonra Ukrayna baş prokurorunun müavini Aleksiy Simonenko işdən çıxarılıb. Zelenskinin ölkədən kənara çıxmasına qadağa qoymasına baxmayaraq, o, İspaniyada istirahət edib. Bundan başqa, Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini İvan Lukerya da istefa verdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qərarı ilin əvvəlində özü verib, lakin bürokratik şəraitə görə yalnız indi rəsmiləşdirilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Pezeşkian: Netanyahuya deyin ki, İran müharibə aparmır, lakin istənilən təhdidlərə sərt cavab verir

Ən çox oxunanalar