Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Xarkovdakı vəziyyətlə bağlı Qərbə müraciət edib

Ukrayna prezidenti Vladimir Zelenski Xarkovun hava hücumundan müdafiəsi ilə bağlı çətin vəziyyətdən danışaraq, Qərb müttəfiqlərini daha çox hava hücumundan müdafiə sistemləri verməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi Ukrayna rəhbərinin müraciətinə istinadən yazır.

Zelenskinin sözlərinə görə, Ukraynada hava hücumundan müdafiə sistemlərinin olmadığı tamamilə aydındır.

“Bu, Qərb ölkələri üçün də aydındır”, deyə Zelenski vurğulayıb.

“Biz Xarkovu daha çox səmadan müdafiə etmək üçün imkanlar axtarırıq. Dünyada bizə kömək edə biləcək hava hücumundan müdafiə sistemləri var, bu sistemlərin Ukraynaya ötürülməsi üçünsə yalnız siyasi iradə lazımdır”, deyə Ukrayna prezidenti əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyevin müttəfiqlərinin arsenalında yüzdən çox “Patriot” sistemi olmasına baxmayaraq, Qərb ölkələri ölkə üçün kifayət qədər hava hücumundan müdafiə sistemi təmin etmir. Kuleba NATO ölkələrindən olan həmkarları ilə hər görüşdə hava hücumundan müdafiə sistemlərinin təchizatı məsələsini qaldıracağını vurğulayıb.

“Bu, böyük problemdir? Ukraynanı minimum tələblə təmin etmək doğrudanmı mümkün deyil?”, deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar