Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: Rusiya cəmiyyəti ikinci Hitleri yetişdirməklə dünyanın hörmətini itirdi

Ukrayna prezidenti bildirib ki, Rusiya cəmiyyəti Vladimir Putini yenidən seçib, ondan ikinci Hitleri yetişdirməklə dünyanın hörmətini itirib...

Poliqon xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Amerikanın CBS News telekanalına müsahibəsində deyib.

Rusiya cəmiyyəti dünyanın hörmətini itirib. Onu (Putini-red.) yenidən seçdilər və ikinci Hitleri yaratdılar. Bunu onlar (Rusiya cəmiyyəti-red.) etdi", deyə o vurğulayıb.

Dövlət başçısı bildirib ki, ABŞ Rusiya ilə uzunmüddətli qarşıdurmada Ukraynanı dəstəkləməklə təkcə bu ölkəyə kömək etmir.

“Amerika Birləşmiş Ştatları Ukraynaya maliyyə yardımı edir və mən buna görə onlara minnətdaram. Sadəcə hesab edirəm ki, onlar təkcə Ukraynanı dəstəkləmirlər. Ukrayna yıxılsa, Putin mütləq daha da irəli gedəcək. Putin Baltikyanı ölkələrə çatanda ABŞ nə edəcək? O, Polşa sərhədinə nə vaxt çatacaq? Və o bunu mütləq edəcək. Biz köməyə görə çox minnətdarıq. Ukrayna daha nə etməlidir ki, hamı bizim böyük minnətdarlığımızı qiymətləndirsin? Biz bu müharibədə həlak oluruq”, deyə dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, Ukraynanın daha nə qədər yardıma ehtiyacı olduğu sualına onun cavabı yoxdur:

“Mənim cavabım yoxdur. Bütün dünya qərar verməlidir ki, biz Putini dayandırmaq, yoxsa dünya müharibəsinə başlamaq istəyirik? Biz Putini dəyişə bilmərik”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ən çox oxunanalar