Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Baydeni Ukraynanı NATO-ya dəvət etməyə çağırdı

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydeni Alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində ölkəsini NATO-ya üzv olmağa dəvət etməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə “Klymenko Time” portalı məlumat yayıb.

ABŞ prezidenti NATO-dakı gələcəyimizi dəstəkləyir, lakin indi dəvət Ukrayna əsgərləri üçün böyük motivasiya olardı. Ukraynanın indi dəvət alması çox vacibdir”, deyə Zelenski bildirib.

Zelenski də daxil olmaqla, Ukrayna siyasətçiləri son bir neçə həftədə Ukraynaya qarşıdakı sammitdə NATO üzvlüyünün “yol xəritəsi”nin verilməsini istəyir. Eyni zamanda, Almaniya kansleri Olaf Şolts bu həftə bəyan edib ki, Ukraynanın NATO-ya daxil olması onun ərazisində hərbi əməliyyatlar getdikcə mümkün deyil.

Qeyd edək ki, NATO 2008-ci ilin aprelində Buxarest sammitində Ukrayna və Gürcüstanın Alyansa üzvlüyü ilə bağlı siyasi bəyanat qəbul edib, lakin hər iki ölkəyə üzvlük üçün hüquqi prosedurda ilk addım olan Üzvlük Fəaliyyət Planını təqdim etməkdən imtina edib. 2019-cu ilin fevralında Ali Rada Ukrayna konstitusiyasına ölkənin NATO-ya üzvlük istəklərini gücləndirən düzəlişləri təsdiqləyib. Kiyev gücləndirilmiş imkanlara malik Alyans tərəfdaşı statusu alıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar