Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəfər Günü münasibətilə Tehranda rəsmi qəbul təşkil olunub

Noyabrın 8-də Tehrandakı “Espinas” oteldə Zəfər Günü ilə bağlı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Səfirlikdən verilən məlumata görə, tədbirdə İran Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmi şəxsləri, xarici ölkələrin İrandakı səfirləri, hərbi attaşeləri və diplomatları, ziyalılar, sənət adamları, Tehranda yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdən öncə, səfirliyimizin əməkdaşlarının övladları tərəfindən çəkilən rəsmlərdən ibarət “Şanlı Qələbəmiz” mövzusunda təşkil edilmiş sərgiyə baxış keçirilib.

Vətən müharibəsi şəhidlərinin 1 dəqiqəlik sükütla anılması və dövlət himnlərinin səsləndirilməsindən sonra rəsmi qəbulda Azərbaycanın şanlı qələbəsini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 44 günlük vətən müharibəsinin hər bir gününün şanlı tarix olduğunu bildirib. Səfir 30 il ərzində Azərbaycanın bu münaqişə ilə bağlı acı həqiqətləri dünya ictimaiyyətinə çatdırdığını, məsələnin BMT-nin qətnamələri və beynəlxalq hüququn prinsipləri əsasında həllinə çalışdığını, lakin təcavüzkar Ermənistanın münaqişənin sülh yolu ilə həllinə heç zaman maraqlı olmadığını vurğulayıb. Beynəlxalq birliyin hər hansı bir ciddi təzyiqi, sanksiyaları ilə qarşılaşmayan təcavüzkar Ermənistanın son illər daha da azqınlaşdığını və təxribatlarını davam etdirərək sonda Azərbaycana qarşı hücüma keçdiyini bildirən səfir müzəffər Ali Baş Komandanın əmri ilə rəşadətli Azərbayan Ordusunun Ermənistanın yeni torpaqları işğal etmək niyyəti və arzularını püç etdiyini qeyd edib.

Ə.Əlizadə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi, xalqımızın möhkəm iradəsi və birliyi, qəhrəman şəhidlərimizin fədakarlığı, müzəffər ordumuzun əzmi, peşəkarlığı və şücaəti hesabına təcavüzkar Ermənistanın təslim olmağa məcbür edildiyini və Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad edərək tarixi missiyasını yerinə yetirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın şanlı qələbəsinin ədalətin və beynəlxalq hüququn zəfəri olduğunu, 30 il sürən uzunmüddətli işğala, təcavüzə və ədalətsizliyə son qoyulduğunu, BMT qətnamələrinin Azərbaycanın qətiyyətli addımları və özünümüdafiə hüququ sayəsində icra edildiyini bildirib.

Hazırda işğaldan azad edilmiş torpaqlarda sürətli quruculuq və bərpa işlərinin aparıldığını vurğulayan səfir Azərbaycanın beynəlxalq hüquqa, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırılmağa hazır olduğunu vurğulayıb.

Zəfər Gününün Azərbaycan milləti üçün əlamətdar və tarixi gün olduğunu bildirən Əli Əlizadə bu günün İranda qeyd olunmasının da xüsusi əhəmiyət kəsb etdiyini və İranın yaxın qonşu ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edib, Zəfər Günü münasibətilə təbriklərə görə İran Xarici İşlər Nazirliyi və hökümətinə təşəkkürlərini çatdırıb.

Rəsmi qəbul, ziyafətin verilməsi və səfirliyin əməkdaşlarının övladlarının və “Aylan” rəqs qrupunun “Qarabağ”, “İgidlər” və digər kimi Azərbaycan xalq rəqslərinin, eləcə də Azərbaycana aid müxtəlif videoçarxların nümayişi ilə davam etdirilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar