Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarovanın İrəvana yaylım atəşi... - Moskva-Yerəvan münasibətlərinin gələcəyi necə görünür?

Dünən Mariya Zaxarova Ermənistana qarşı bir sıra iradlar və ittihamlar səsləndirildi...

Siyasi-şərhçi: “Mariya Zaxarovanın bu açıqlamaları Ermənistan hakimiyyətinin yürütdüyü ikili oyunlarının nəticəsidir”.

“Bütün dünyanın Rusiyaya qarşı olması, sonunda Ermənistan hakimiyyətinidə Qərbə tərəf tam addım atması ilə nəticələnəcək. Bu halda Rusiyanın Ermənistana qarşı hər hansı bir aqresiyası və yaxud cəzalandırmaq istəyi Azərbaycanın həmin anda leyhinə ola biləcək amillərdəndir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Rusiya-Ermənistan münasibətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Mariya Zaxarova Ermənistana qarşı bir sıra iradlar və ittihamlar səsləndirildi. Açığı ilk dəfəydi Rusiya rəsmi şəkildə Ermənistana bu qədər açıq mətnlə iradını bildirirdi. Zaxarovanın dünənki açıqlamaları nədən xəbər verir və Rusiya-Ermənistan münasibətlərinin gələcəyi bu açıqlama fonunda necə görünür?

Rusiya-Ermənistan münasibətlərinin gələcəyini PİA.az-ın əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Mariya Zaxarovanın açıq şəkildə “Ermənistan sülh müqaviləsinin müzakirəsinə mane olur”, sözləri Azərbaycanın aylar öncə bu məsələdə dediyi sözlərinin həm təsdiqi, həmdə informasiya müharibəsində əldə etdiyi uğurun təzahürüdür”.

Ukrayna müharibəsi fonunda Rusiya-Ermənistan münasibətlərinin gələcəyinin parlaq görünmədiyini düşünən ekspert PİA.az-a bildirib ki, bütün dünyanın Rusiyaya qarşı olması, sonunda Ermənistan hakimiyyətini də Qərbə tərəf tam addım atması ilə nəticələnəcək:

“Hesab edirəm ki, Mariya Zaxarovanın bu açıqlamaları Ermənistan hakimiyyətinin yürütdüyü ikili oyunlarının nəticəsidir. Məlum məsələdir ki, son dövrlərdə Ermənistan hakimiyyəti çıxılmaz vəziyyətə düşüb. Bir tərəfdən ölkəsində hərbi bazasının yerləşdiyi, və tam iqtisadi sılılığı olduğu qonşu Rusiya, digər tərəfdən isə meyl etdiyi Fransa və ABŞ var.

Nikol Paşinyan son zamanlar hər iki tərəfə xoş gəlmək strategiyasını seçmişdi ki, bu da Azərbaycanın maraqlarını təmin edirdi. Azərbaycan beynəlxalq aləmə Ermənistanı etibar olunmaz, sözünün üstündə durmayan və geyri stabil tərəf müqabili kimi göstərərək, onları informasiya müharibəsində üstələməyə nail olmuşdu. Sülhə qarşı olanın, verilən vədləri yerinə yetirməyənində Paşinyanın olması artıq bir real fakta çevrilmişdi.

Bunun məntiqi nəticəsidir ki, artıq həm Qərb, həmdə Rusiya rəsmiləri Paşinyan hakimiyyətinə açıq mətnlə irad bildirməyə başlayıblar. Hətta Mariya Zaxarovanın açıq şəkildə “Ermənistan sülh müqaviləsinin müzakirəsinə mane olur”, sözləri Azərbaycanın aylar öncə bu məsələdə dediyi sözlərinin həm təsdiqi, həmdə informasiya müharibəsində əldə etdiyi uğurun təzahürüdür.

Kamran Məmmədli: “Rusiyanın Ermənistana qarşı hər hansı bir aqresiyası və yaxud cəzalandırmaq istəyi Azərbaycanın həmin anda leyhinə ola biləcək amillərdəndir”.

Fikrimcə, Ukrayna müharibəsi fonunda Rusiya-Ermənistan münasibətlərinin gələcəyi parlaq görünmür. Bütün dünyanın Rusiyaya qarşı olması, sonunda Ermənistan hakimiyyətini də Qərbə tərəf tam addım atması ilə nəticələnəcək. Bu halda Rusiyanın Ermənistana qarşı hər hansı bir aqresiyası və yaxud cəzalandırmaq istəyi Azərbaycanın həmin anda leyhinə ola biləcək amillərdəndir.

Düşünürəm ki, indiki məqamda Azərbaycan bu formada xarici siyasətini davam etdirərək hər iki tərəfə Ermənistanın ikili oyun içində olmasının təbliğatını aparmalıdır. Ermənistanın Rusiya ilə əlaqələrinin pisləşməsi bizim leyhimizə olduğu kimi, Qərb və ABŞ ilədə pisləşməsi bir o qədər leyhimizə olacaq. Post-Putin dövründə bölgədə güclü Türkiyə ilə yanaşı ABŞ-da söz sahibi olmaqa çalışacaq ki , buda bir çox məsələlərdə həll edici olacaq.

Fikrimcə, Ermənistanın hər iki tərəfin yanında etibarsız olması bizim xeyrimizədir və indiki məqamda bundan maksimum dərəcədə istifadə edərək həm Qarabağ həmdə Zəngəzur dəhlizi məsələsini həll etməliyik”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar