Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zalujnının istefasının ləğv edilməsinin səbəbi...

Ukrayna hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının istefası ilə bağlı məlumatların sızması səbəbindən onun vəzifəsindən azad edilməsini təxirə salmaq qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti anonim mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl Valeri Zalujnı və Ukraynanın müdafiə naziri Rustem Umerovun istefaya getməsi ilə bağlı xəbərlər yayılmışdı. Ukrayna mediası və sosial şəbəkələri Ali Radanın deputatları Aleksey Qonçarenko və Artem Dmitruk, keçmiş deputat Borislav Bereza və jurnalist Roman Tsymbalyukun sözlərinə istinad etmişdi. Öz növbəsində, Müdafiə Nazirliyi həmin gün bütün bunların “doğru olmadığını” qeyd edib.

Eyni zamanda, Amerika nəşrinin mənbələrinə görə, Zalujninin istefası həqiqətən planlaşdırılıb.

Keçmiş yüksək rütbəli Ukrayna rəsmisi Zelenski hökumətinin generalı işdən çıxarmağı planlaşdırdığını, lakin bazar ertəsi axşam xəbər sızdığı zaman prezidentin geri çəkildiyini bildiribi.

“İndi onlar prosesi ləngidirlər”, deyə mənbə NYT-yə bildirib.

Mənbələrin sözlərinə görə, Baş Komandanın istefası məsələsində yumanmaya səbəb həm də odur ki, hökumət Zalujnıya əvəzləyici tapmayıb. Həmçinin, nəşrə görə, Zalujnının işdən çıxarılması Kiyev hakimiyyəti üçün “kəskin siyasi problemə” çevrilə bilər.

“Hazırkı hərbi lider bəzi rəy sorğularında prezidentdən daha populyar hesab olunur və onun vəzifədən çıxarılması bəziləri tərəfindən generalla potensial siyasi rəqib kimi mübarizə məqsədi daşıyan addım kimi qiymətləndirilə bilər”, deyə NYT yazır.

Daha əvvəl “Financial Times” qəzeti mənbələrə istinadən yazıb ki, Vladimir Zelenski yanvarın 29-da Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə görüşdə hərbi komandirə gözlənilən istefası barədə məlumat verib və ona hökümətdə müşavir vəzifəsini təklif edib. Lakin Zalujnı bi təklifdən imtina edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

MN-dəki 143 milyonluq mənimsəmə: “Tapşırıqları Nəcməddin Sadıkovdan alırdıq”

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Ən çox oxunanalar