Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Qaralov yenidən baş prokuror oldu


Zakir Qaralov yenidən baş prokuror təyin edilib


Milli Məclisin bu gün keçirilən iclasında Zakir Qaralovun yenidən baş prokuror vəzifəsinə təyin olunması ilə bağlı Azərbaycan Prezidentinin göndərdiyi təqdimata baxılıb. Təqdimat haqda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. 

Ə.Hüseynli Z. Qaralovun fəaliyyəti barədə məlumat verib və onun fəaliyyətini yüksək qiymətləndirib.

Məsələ səsverməyə çıxarılıb və Z.Qaralovun növbəti 5 il üçün baş prokuror vəzifəsinə namizədliyi təsdiqlənib.

Qeyd edək ki, Zakir Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub.

1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

25 aprel 2000-ci il tarixində Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.
I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə, 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ailəlidir, iki övladı var. (aznews.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar