Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov şəxsi heyəti təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə şəxsi heyəti təbrik edib...

Təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!

Sizi Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi naminə çətin və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması və ordumuzun nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Ən müasir texnika və avadanlıqlarla təchiz edilən, aparılan genişmiqyaslı islahatlardan bəhrələnən ordumuz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb.

2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən işğalında olan torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması bir daha ordumuzun gücünü nümayiş etdirdi. Azərbaycan Ordusunun yubiley tarixlərində keçirilən möhtəşəm paradlar da ölkəmizin müdafiə qabiliyyətinin, hərbi potensialının daha da güclənməsinə bariz nümunədir.

Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunub. Dövlət başçısının fərmanına əsasən orduda xidmət edən hərbi qulluqçular xidməti və daimi mənzillərlə təmin olunur, hərbi qulluqçuların maddi, sosial-məişət, xidməti şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da uğurla davam etdirilməsinə zəmin yaradılıb.

Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Əminliklə bildirirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə daim sadiq qalaraq yeni qələbələr qazanmaq üçün siz döyüş və mənəvi-psixoloji hazırlığınızı, səy və bacarıqlarınızı daha da artıraraq Ali Baş Komandanın döyüş əmrini yerinə yetirəcəksiniz.

Bir daha hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!"

pia.az


Etiket: Zakir Həsənov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ən çox oxunanalar