Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov İsraildə Azərbaycanın Milli Qəhrəmanının ailəsi ilə görüşdü

Azərbaycanın müdafiə naziri Zakir Həsənov İsraildə Qarabağ müharibəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun ailəsi ilə görüşüb


PİA.AZ Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Z.həsənov Albert Aqarunovun iki qardaş xalqın əsl qəhrəmanı olduğunu vurğulayıb:

 "Biz Albertin mərdlik və cəsarətini heç vaxt unutmayacağıq. O, Azərbaycanda sevilir və xatirəsi daim yad edilir. Biz xatırlayırıq ki, Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşa şəhərinin kənarında son döyüşü zamanı necə fədakarlıqla və qəhrəmancasına doğma torpağını müdafiə edib. Milli Qəhrəman onu doğma oğlu kimi yetişdirən Azərbaycanı çox sevirdi".

Azərbaycanın Milli Qəhrəmanının qardaşı Rantik Aqarunov həlak olanın xatirəsinə və ailəsinə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib: "Mən hər il Albertin ad günündə Bakıya gəlirəm və Azərbaycan xalqının qardaşımı unutmadığını, gənc nəsil üçün fəxr və örnək olduğunu görürəm. Bu yaxınlarda Bakıda Albertin oxuduğu məktəbdə ona abidə ucaldılıb. Mən çox şadam ki, bu gün qardaşım Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq rəmzlərindən biridir. Biz fəxr edirik ki, nəinki Azərbaycan xalqı, həm də Azərbaycan Ordusunda Alberti unutmurlar".

İsrailin "Beynəlxalq layihələr cəmiyyət üçün" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Albert Aqarunovun ailəsi ilə görüşə görə Azərbaycanın müdafiə nazirinə təşəkkür edib. O, Zakir Həsənovun İsrailə ilk rəsmi səfərinin tarixi əhəmiyyətini qeyd edib: "İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və yalnız dövlətin ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına çağırır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Ən çox oxunanalar