Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov aerodromda- Fotolar


Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti irimiqyaslı birgə təlimlərdə iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər


PİA.AZ Nazirliyin saytına istinadən xəbər verir ki, müdafiə naziri təlimlərdə iştirak edən uçuş və texniki heyətlə görüşüb, döyüş aviasiyasına baxış keçirib və müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.

Sonra Azərbaycan HHQ-nin nümayəndəsi polkovnik Elçin Axundov və Türkiyə HHQ-nin nümayəndəsi polkovnik Nihat Çırakoğlu təlimlərdə iştirak edən heyətin hazırlığı, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinqlə çıxış ediblər.

Təlimlərin əhəmiyyətini vurğulayan Müdafiə naziri bunun tarixi bir hadisə oluğunu qeyd edib və ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını bir daha xatırlayaraq Azərbaycan ilə Türkiyə dostluğunun əbədi olduğunu diqqətə çatdırıb. 

Müdafiə naziri prezident İlham Əliyevin və Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın birgə təlimlərin keçirilməsinə dəstək olduqlarını qeyd edərək dövlət başçılarına minnətdarlığını bildirib. "Hər iki ölkənin Silahlı Qüvvələrinin məqsədi bölgədə sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz və gücümüz birliyimizə bağlıdır", deyə Müdafiə naziri birgə təlimlərin hazırlanması və keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar