Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstan polisi 1,2 ton kokaini ölkəyə gətirən 8 əcnəbini ələ keçirib

Yunanıstan polisi 1,2 ton kokaini müsadirə edib. Əməliyyat zamanı Karib hövzəsi ölkələrindən Avropaya və şimal-qərbi Afrikaya kokain gətirən beynəlxalq cinayət təşkilatının üzvü 8 əcnəbi həbs edilib

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yunan polisindən bildirilib.

Bildirilir ki, bu, narkotiklərlə mübarizə şöbəsinin ən böyük əməliyyatlarından biridir. Cinayət təşkilatı sistemli şəkildə Karib hövzəsi ölkələrindən Avropa və şimal-qərbi Afrikaya mühüm miqdarda kokaini dəniz yolu ilə göndərib.

Əməliyyat ABŞ-ın Afinadakı səfirliyinin Narkotiklərlə Mübarizə İdarəsi (DEA), həmçinin Albaniya və İspaniya polisi ilə Yunanıstan Maliyyə Nazirliyi maliyyə polisi və Yunanıstanın Sahil Mühafizəsinin Narkotiklər və İnsan Alverinə qarşı Mübarizə Şöbəsinin birgə əməkdaşlığı çərçivəsində altı aydan çox davam edib. Polis əməliyyatları yanvarın 24-də eyni vaxtda Attikanın bir neçə bölgəsində həyata keçirilib.

Əməliyyat çərçivəsində 1 ton 181 kiloqram narkotiki yaxtada Yunanıstana gətirərək “qara bazar”a çıxarmağa hazırlaşan 8 əcnəbi həbs olunub, onlardan bir revolver, üç tapança, bir “Kalaşnikov” avtomatı, çox sayda müxtəlif kalibrli silah ələ keçirilib. Daha doqquz nəfərin şəxsiyyəti müəyyənləşdirilib, hazırda Yunanıstanda və xaricdə onlara qarşı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Polisin bildirdiyinə görə, saxlanılanlardan biri 2010-cu ildə əlbir olduğu bir şəxslə birgə Yunanıstandakı həbsxanadan qaçıb, onu tutmaq istəyərkən polisə atəş açıb və onlara beş əl qumbarası atıb. Digər biri isə 2000-ci ildən bəri silahlı qarət, narkotik ticarəti və adam öldürməyə cəhə görə beş dəfə tutulub.

pia.az


Etiket: Kokain


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Ən çox oxunanalar