Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması bu gün Vətənə qayıdıb - Foto

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan yığması bu gün Vətənə qayıdıb...

PİA.az-ın məlumatına görə, iki qızıl və dörd bürünc medalla rekord müəyyənləşdirən və komanda hesabında ikinci yeri tutan millimizin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.

Komandanı Azərbaycan Güləş Federasiyasının (AGF) Baş katibi Orxan Məmmədov və federasiyanın vitse-prezidenti Elçin Cəfərov, güləşçilərin yaxınları, idman ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri qarşılayıb.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutublar.

2 qızıl və 4 bürünc medal qazanan yığmamız 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.

Avropa çempionatına isə fevralın 16-da yekun vurulacaq. Bu gün qadın güləşçilərin də mübarizəsi yekunlaşacaq, həmçinin sərbəst güləşçilər yarışa qoşulacaqlar. (APA)

pia.az

 

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar