Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol qəzalarında 74 uşaq ölüb



Ölkə ərazisində baş verən qəzaların açıqlanan statistikası onu göstərdi ki, bu il baş verən yol qəzaları və ölüm hallarının sayı ötən illərlə müqyisədə çox olulb


Təkcə son 10 gündə baş verən qəzalarda 10 dan artıq insan həyatını itirib, qəzalarda böyüklərlə yanaşı azyaşlıların da ölüm halları artıb. Ekspertlər isə körpələrin ölümündə bir başa məsuliyyəti valideynilərdə görür. 

Sürücülərin məsuliyyətsizliyi çox vaxt qəzalar baş verən zaman onların həyatı bahasına başa gəlir. Bunun nəticəsidir ki, bu ilin 9 ayı ərzində baş verən qəzalarda ölənlərin 74 nəfəri, xəsarət alanlardan isə 175 nəfəri uşaqlar olub. 

Sürücü valideynlər övladlarını maşına mindirərkən uşaq oturacaqlarından istifadə etmirlər ki, bu da çox vaxt acı sonluqla bitir. Ən yaxşı halda balacaların əlil qalması ilə nəticələnir. Ekpertlər də belə hesab edir ki, həm uşaq oturacaqlarından istifadə olunmaması, həm də arxada təhlükəsizlik kəmərlərinin taxılmaması da balacaları ölümə bir addım da yaxınlaşdırır. Sürügülərin demək olar ki, əksəriyyti oturacaqlardan istifadəni məsləhət bilmirlər, bu da qəza vaxtı uşaqların ölümünü qaçılmaz edir.

“Təbliğat işi aparılmalıdır. Həmçinin sürücülər arasında maarifləndirmə işləri də aparılmalıdır ki, onlar artıq bu oturacaqlardan istifadə olunmamasının nə qədər təhlükəli olduğunu bir daha anlamalıdırlar. Əgər belə olmasa hər dəfə bu qəzalarda ölənlərin sayı artacaq” – deyə ekspert Azər Allahverənov bildirir.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirir ki, qəzalarda ölüm faktı çoxalıb: “Əvvəlki ilin 9 ayı ilə müqayisədə bu il nisbətən ölüm faktı çox olub. Yaralıların sayı isə 5 faiz azalıb”. 

Əgər övladınızın sağlam olmasını istəyirsinizsə o zaman ilk əvvəl təhlükəsizlik qaydalarına əməl edin. Əks halda həm öz həyatınızla həm də övladnızn həyatı ilə vidalaşmalı olacaqsınız.(azvision.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar