Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevlax İDEA-nın “Bizim həyət” layihəsinə qoşulub - Fotolar

İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulub...

Əsas məqsədi həyət və məhəllələrin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması olan və İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulub.

PİA.az bildirir ki, bu barədə Yevlax Şəhər İcra Hakimiyyətinin 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib.

Bununla əlaqədar şəhərdəki Heydər Əliyev pr. 10 ünvanlardakı həyətdə əsaslı təmir-yenidənqurma işləri layihəsi hazırlanıb.

İctimai Birliyin köməyi ilə Malbinəsi kəndində 92 ailənin məskunlaşdığı yeni yaşayış məhəlləsinin sakinləri üçün 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib.

Eyni zamanda 6 saylı bağçada yeni, müasir layihə əsasında əsaslı təmir işlərinə başlanılıb. Müvafiq Dövlət Proqramına uyğun olaraq yaxın zaman kəsiyində rayonda 4 məktəbin yenidən tikilməsi və 4 məktəbin əsaslı təmiri planlaşdırılıb.

Bildirilib ki, bu aydan etibarən şəhərdə əsaslı təmirə ehtiyacı olan 35 yaşayış binası və qəzalı vəziyyətdə olan 15 binanın dam örtükləri mərhələli şəkildə təmir olunacaq.

Yevlax şəhəri üçün mühüm əhəmiyyət kəsb edən kanalizasiya xətlərinin çəkilişi və sakinlərin keyfiyyətli içməli su ilə təminatı məqsədi ilə ölkə başçısı tərəfindən 5 milyon manat vəsait ayrılıb və hazırda layihələndirmə işləri həyata keçirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar