Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yay tətili ilə bağlı planlar – ictimai rəy sorğusu

Yay tətilini ölkə xaricində keçirməyi planlaşdırdığını bildirənlər əsasən gənclər və özəl sektorda çalışdığını bildirənlərdir...

Sosial Tədqiqatlar Mərkəzi rəy sorğusu əsasında vətəndaşların yay tətili ilə bağlı planlarını öyrənib. “Yay tətilini hara keçirməyi planlaşdırırsınız?” sualına cavab olaraq, sorğuda iştirak edənlərin 50.6%-i tətili yaşadığı evdə (mənzildə), 31.7%-i ölkənin digər rayonlarında (şəhərlərində) keçirməyi planlaşdırdığını bildirib. Respondentlərin 6.2%-i yay tətilini bağ evində, 2.9%-i müəyyən turizm və istirahət mərkəzlərində, 2.6%-i xarici ölkələrdə keçirməyi planlaşdırıb.

Nəticələrə əsasən, yay tətilini ölkə xaricində keçirməyi planlaşdırdığını bildirənlər əsasən gənclər və özəl sektorda çalışdığını bildirənlərdir.

Respondentlərin gəlir səviyyəsinin artmasına paralel olaraq, tətili yaşadığı evdə (mənzildə) keçirməyi planlaşdıranların sayında azalan, ölkənin digər rayonlarında (şəhərlərində) keçirməyi planlaşdıranların sayında artan dinamika qeydə alınır.

Sorğu iştirakçıları arasında Bakıda yaşayanların 43.3%-i tətili digər rayon və şəhərlərdə, 33.0%-i yaşadığı evdə (mənzildə), 13.4%-i bağ evində keçirməyi nəzərdə tutduğunu bildirib.

Qeyd edək ki, sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Poliqon.info


Etiket: yay tətili


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar