Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA saxta qida ekspertləri ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi məqsədilə ölkədə emal olunan qablaşdırılmış içməli sularla bağlı saxta qida ekspertləri ilə bağlı xəbərdarlıq edib...

Bu barədə Poliqon-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, monitorinqlər zamanı bəzi özünü qida mütəxəssisi və ya qida mühəndisi adlandıran “ekspertlər” əhali arasında çaşqınlıq yaradaraq içməli suların tərkibi ilə bağlı heç bir elmə əsaslanmayan reallıqdan uzaq məlumatlar yayırlar. Həmçinin bəzi suların əsasən mədə-bağırsaq, həzm problemi, qaraciyər xəstəlikləri, öd kisəsi və digər daxili orqanlar üçün zərərli, yaxud müalicəvi olması ilə bağlı yanlış məlumatlar verirlər. Bununla yanaşı, həmin “ekspertlər” 30 ildən sonra yenidən istehlakçılara təqdim edilən Kəlbəcər rayonunun “İstisu” mineral suyunun insan orqanizmində bəzi problemlər yarada biləcəyi və ya xəstəlik törətməsi ilə bağlı həqiqətdən uzaq məlumatlar tirajlamaqdan çəkinmirlər. Bu şəxslərin heç bir tibbi təhsili və qida sahəsində peşəkar fəaliyyəti olmadan adıçəkilən suyun bir sıra xəstəliklər yarada biləcəyinə, həmçinin bir çox xəstəliklərin müalicəsinə dair absurd fikirlər səsləndirirlər.

“İstisu” mineral su zavodunun AQTA-ya müraciəti əsasında qanuna müvafiq olaraq bu il avqustun 30-da “İstisu” təbii mineral qazlı su kimi qida təhlükəsizliyi qeydiyyatına alınıb. Müvafiq qanuna əsasən, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməlidir.

Məlumata görə, qeydiyyat proseduru zamanı “İstisu” əmtəə nişanlı məhsulun əldə olunduğu mənbədən götürülən su nümunələrinin laborator müayinə nəticələri məhsulun təhlükəsizlik (o cümlədən, mikrobioloji və toksikoloji göstəriciləri) və minimum keyfiyyət göstəricilərinin təbii mineral sular üçün qida təhlükəsizliyi sahəsi üzrə normativ sənədlərdə göstərilən normalara, insan istehlakına uyğun olduğu, insan həyat və sağlamlığı üçün zərərli olmadığı müəyyənləşdirilib və məhsul qeydiyyata alınaraq reyestrə daxil edilib.

Reyestr məlumatlarına əsasən, qablaşdırılmış təbii mineral su Kəlbəcər rayonu, "Aşağı İstisu" termalmineral su yatağından əldə olunur. Məhsulun etiketində təbii mineral suyun tərkibi barədə məlumatlar bəyan edilib. Saxlama şəraiti ilə bağlı qeyd edirik ki, bu sular birbaşa günəş şüalarından qorunan yerdə +5°C-dən +28°C-dək temperaturda, nisbi rütubətlilik 75%-dən çox olmamaq şərti ilə saxlanılmalıdır. Açılmış qablaşdırma 3 gündən artıq olmamaq şərti ilə 0°C-dən +6°C-dək temperaturda saxlanılmalıdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Azərbaycanda halal hotellər istifadəyə veriləcək - Video

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

Ən çox oxunanalar