Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaxın, uzaq Qarabağ” filminin çəkilişləri başlayır

“Azərbaycan Professional Kinorejissorlar Gildiyası” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yaxın, uzaq Qarabağ” sənədli filminin istehsalına başlayır


Lent.az-ın məlumatına görə, film Əfqanıstanda yaşayan və vaxtıyla Qarabağdan köçürülərək bu ərazilərə yerləşdirilmiş soydaşlarımızdan bəhs edəcək.
 
Tarixdən də məlumdur ki, Nadir şahın hakimiyyəti illərində Qarabağdan soydaşlarımızın böyük bir hissəsi Əfqanıstana sürgün olunub. Bunların içərisində həm bütöv ailələr, həm də ayrı-ayrı tayfalar da olub. Ancaq üstündə 3 əsrə yaxın vaxt keçməsinə baxmayaraq, Əfqanıstanda yaşayan soydaşlarımız bu gün də kompakt şəkildə yaşayaraq öz milli kimliklərini, adət-ənənələrini və dilini qorumaqda davam edirlər. Uzun illərdir ki, yaşamağa məcbur olduqları həmin yerlərdə normal, stabil həyatın olmamasına baxmayaraq, bu gün də Əfqanıstanda yaşayan soydaşlarımız öz doğma vətənləri barədə düşünür, burada baş verənlərlə maraqlanırlar.

Filmdə Əfqanıstanın müxtəlif bölgələrində - Kabul ətrafında yerləşən Qarabağ bölgələrində, o cümlədən Qarabağ bazar, Əfşar Qarabağ. Qarabağ Dəhnəsi və başqa ərazilərdə yaşayan soydaşlarımızın həyat tərzin, adət-ənənələrin, dilimizə bağlılığı, ölkəmiz haqda düşüncələrini və.s. lentə alınacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar