Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yasa sevinib, toya kədərlənmək



Seymur Verdizadə yazır


Bir dostumuz vəziyyəti dəqiq təsvir edib: Məhərrəm ayının başlamasına təkcə ateistlər deyil, hətta qatı dindarlar da sevinirlər.

Səbəb sadədir. Dost-tanış, qohum-qardaş vasitəsilə göndərilən dəvətnamələr insanları əldən salıb. Camaatın özünə gəlməsi, maddi durumunu bir qədər yaxşılaşdırması üçün ən azı 2 ay vaxt lazımdır. Yəqin ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində bu cür acınacaqlı vəziyyət hökm sürmür. Əgər belə olmasaydı, dəvətnaməyə dəhşətnamə demək heç kimin ağlına gəlməzdi...

Vəziyyətin ağır olduğunu sübut edən xeyli məqam var. Məsələn, iki gəncin izdivacına şahidlik etməyə gedən adama heç kim “həmişə toyda” deməyə cəsarət etmir. Əgər kimsə təcrübəsizlik edib belə bir ifadə işlətsə, dərhal cavabını alır: “Başına gəlsin”.

Məncə, dünyada bir-birini sevən iki gəncin ömür yolunu birləşdirməsindən gözəl heç nə yoxdur. Təəssüf ki, bizlər bir-birimizin bəhsinə girə-girə bu cür gözəl adəti gözdən salmışıq. Heç kim inciməsin, bəzi valideynlər pul qazanmaq üçün toya çox adam çağırırlar. Altmış ildə 60 nəfərin xeyrinə-şərinə yaramayan adam övladının toyuna 600 adam çağırır. Görəsən, bu adamlara kim deyib ki, bəylə gəlinin xoşbəxt olması üçün onların toyunda mütləq 600 nəfər iştirak etməlidir? Valideynlər övladlarının xeyir işinə öz yaxın qohumlarını, qonşularını, səmimi münasibətdə olduqları iş yoldaşlarını, həmkarlarını dəvət etsələr, daha yaxşı olmazmı?

Məqamı gəldiyi üçün yazacağam. İki ay əvvəl mobil telefonuma tanımadığım nömrədən zəng gəldi. Biz köhnə tanışlar kimi hal-əhval tutsaq da, zəng edən adamın kimliyini müəyyənləşdirə bilmədim. Buna görə də utana-utana dedim: “Müəllim, səsiniz tanış gəlsə də, adınızı yadıma sala bilmədim”.

Kişi kefini də pozmadı: “Səndə günah yoxdur. Biz 16 ildi görüşmürük...”

Qısa sükutdan sonra sözünün davamını gətirdi: “Əslində, mən də səni unutmuşdum. Əgər ötən gün efirdə görməsəydim, yadıma düşməyəcəkdin...”

Əsəblərim yavaş-yavaş tarıma çəkilirdi. Deyəsən, bunu o da hiss etdiyi üçün məni çox intizarda qoymadı: “Adım Əhməddir. 1998-ci ildə bir yerdə işləmişik. Səni oğlumun toyuna çağırıram. Şadlıq evinin nömrəsini bir az sonra mesajla göndərəcəm”.

Bax, belə!

Yox, hələ bu hamısı deyil. İki il əvvəl tanımadığım bir adam küçədə qabağımı kəsib, mənə dəvətnamə uzatmışdı. Onu xatırlaya bilmədiyimi deyəndə, belə cavab vermişdi: “Taksi sürücüsüyəm. Sizi bir-iki dəfə redaksiyaya aparmışam”.

Tanıyanlar bilir ki, mən şən adamam. Qohumlarımın, dostlarımın, həmkarlarımın məcliisndə həmişə yaxından iştirak edirəm. Yəni, toy məclislərinin keçirilməsinə qarşı deyiləm. Amma əndazəni aşmağın əleyhinəyəm. Toy eləyən adam təkcə özünün deyil, həm də qonaq çağırdığı insanların maddi durumunu nəzərə almalıdır. Üç gün əvvəl Tovuzda olanda filial müdirlərindən biri dedi ki, kredit götürmək üçün onların bankına müraciət edən müştərilərin sayı son 3 ayda 2 dəfə artıb. Buna səbəb Ramazan ayından sonra toy mövsümünün yenidən başlaması olub. Bu cür hallar hər il təkrarlandığı üçün Məhərrəm ayı başlayanda insanlar kədərlənmək əvəzinə sevinirlər.

P.S.Son 6 ayda Azərbaycanda 7 min ailə dağılıb. Əlbəttə, bunun müxtəlif səbəbləri var. Bir səbəbi də odur ki, ehtiyac içində yaşayan adamlar toya gedəndə o qədər deyinirlər ki, onların iştirakı ilə qurulan ailələr xoşbəxt ola bilmirlər...(qafqazinfo.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar