Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Yardımlı arxeoloji ekspedisiyası" Yardımlı rayonu ərazisində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidələr aşkar edib


Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə "Trend"ə bildirib ki, qazıntılar Sarıbulaq və ya Çiçəkli yaylaqlarında, dəniz səviyyəsindən 2000 m yüksəklikdə salınmış çoxlu sayda qəbir abidələri müxtəlif struktura malik kurqanlar və daş qutu qəbirlərində aparılıb:
 
"Kurqanlarda apardığımız arxeoloji qazıntılar zamanı çoxlu sayda saxsı fraqmentləri, əmək alətləri, ocaq yeri və heyvan sümüklərinə rast gəlinib. Güman edirik ki, bunlar ritual xarakterli dəfn abidələri olub və həm son tunc – ilk dəmir dövrü, həm də bölgə üçün xarakterikdir. Eyni zamanda müəyyənləşdirdik ki, ərazidə 2 tip kurqanlar daş örtüklü kurqanlar və ətrafı kromlexli, dəfn kamerası isə daş qutu tipli kurqanlar mövcud olub. Bütün bu müxtəliflik bölgədə e.ə. II minilliyin sonu – I minilliyin əvvəlində (son tunc-ilk dəmir dövrü) yarımköçəri həyat tərzi sürən insanların mənəvi mədəniyyəti və dəfn adətlərinin izlənilməsi üçün çox əhəmiyyətli faktlardır".
 
A.Ağalarzadə deyib ki, qəbir abidələrindən götürülmüş kömür qalıqları və heyvan sümükləri təyinatı və tarixi dəqiqlədirmək üçün müvafiq laboratoriyalara təqdim ediləcək.
 
Ekspedisiya rəhbəri əlavə edib ki, arxeoloji kəşfiyyat işləri zamanı bölgədə yerləşən Elbəyi, Cəlalyurdu, Şahnişin, Dərəkeçməz yaylaqlarında qədim yurd yerləri aşkar edilib: "Bu yaşayış yerləri üzərində indi də müasir obalar salınıb. Bu da Azərbaycan xalqının minillər boyu öz təsərrüfat həyatında ənənəvilik prinsiplərini qoruyub saxladığına əyani sübutdur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar