Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaralanan hərbçimizin son durumu ilə bağlı açıqlama

Ötən ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəsin pozulması nəticəsində güllə yarası alan 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlunun müalicəsi davam edir

PİA.AZ xəbər verir ki, bu barədə “Trend”ə Babayev Həsənin özü məlumat verib. Onun sözlərinə görə, ağır əməliyyat olunmasına baxmayaraq, hər şey uğurlu keçib və müalicəsi uğurla davam etdirilir:

"Şükürlər olsun ki, sağalıram. Güllə yarası aldığım gün 4 saatdan artıq əməliyyat olundum. Sağ ayağımda şah damar zədələnmişdi, bu səbəbdən damar dəyişikliyi olundu. Hər iki ayağımda qəlpə yaraları var, hazırda yaralarımın birləşməsini gözləyirəm".

Xatırladaq ki, avqustun 15-i saat 21:30 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində mühəndis işləri aparılan zaman düşmən mövqeyindən açılan snayper atəşi nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb. Yaralanmış əsgərə dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar