Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponların ruh paklaşdırma ritualı - Video

Bu il Yaponiyada illik Şinto ruhların təmizlənməsi mərasimində COVID-19 pandemiyasına son qoyulması üçün dua edilib. Sosial məsafənin qorunması qaydaları səbəbindən əvvəlki illərlə müqayisədə toplananların sayı daha az olub.

Bazar günü bir qrup insan Tokyodakı Teppou-Zu İnari ziyarətgahına gələrək, 66 ildir həyata keçirilən Şinto ruhların təmizlənməsi ritualını yerinə yetirmək üçün paltarlarını soyunaraq buzlu suya atılıb.

İnsanlar buraya ruhlarını təmizləməyə gəlir, lakin bu il onlar COVID-19 pandemiyasına son qoyulmasını istəyib. Şinci Ooy: “Mən koronavirusun ən qısa zamanda sona çatması və bizim normal gündəlik həyata qayıtmağımız üçün dua etdim.”

65 yaşlı Şinci Ooy ziyarətgaha gələn qrupa rəhbərlik edir və COVID məhdudiyyətləri zamanı rituala buraya gələnlərlə birlikdə qatılır. Ritualda iştirak edən Naoaki Yamaquçi 2020-ci ildə qrupdakı insanların sayının 100-dən çox olduğu halda, bu il pandemiya səbəbindən onların sayı daha az olduğunu deyir və əlavə edir ki, bu da suyun daha soyuq olması deməkdir. “Adətən daha çox iştirakçımız olurdu və bu da suyu bir az istiləşdirirdi. Lakin bu il yalnız on iki nəfər iştirak edirdi, buna görə də su çox soyuq idi.”

Hətta günəş şüaları altında burada temperatur təxminən 5 dərəcədir. Bu isə o deməkdir ki, ənənəvi geyimdə olan kişilər və ağ nazık xalat geyinmiş qadınlar buzlu suya girməzdən əvvəl isinməlidirlər.

Təşkilatçılar mərasimi hər il yanvar ayının ikinci bazar günü keçirir. Bu ilin mövzusu "epidemiyalardan qorunmaq" idi. Və bu il mərasimə izləyicilərin gəlməsinə icazə verilməyib. (amerikaninsesi.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Ən çox oxunanalar