Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyanın xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə görüşəcək


Yaponiyanın xarici işlər naziri Taro Kono ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inlə planlaşdırılan görüşü ilə əlaqədar gələn həftə Vaşinqtona səfər edəcək


NHK telekanalı xəbər verir ki, T.Kono martın 16-da reallaşacaq səfəri zamanı ABŞ-ın dövlət katibi Reks Tillersonla Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etməyi planlaşdırır.

Səfərdən əvvəl ABŞ Prezidenti və Şimali Koreya lideri ilə görüşmüş Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəisi So Xun danışıqlar zamanı əldə edilən razılaşma barədə Yaponiyanın xarici işlər nazirini məlumatlandıracağı gözlənilir.

T.Kononun ABŞ-a səfər planı martın 9-da, Yaponiyanın Baş naziri Şinzo Abenin ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra ortaya çıxıb. Həmin telefon danışığı zamanı Şimali Koreya məsələsinin müzakirə edildiyi bildirilir. Eyni zamanda, Ş.Abe və D.Tramp gələn ay ABŞ-da görüşmək barədə razılıq da əldə ediblər.(AZƏRTAC)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ən çox oxunanalar