Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya müdafiəyə 290 milyard dollar ayırıb, Müdafiə Nazirliyi narazıdır...

Yaponiya Müdafiə Nazirliyinin ekspertlər paneli 2023-2027-ci maliyyə illərini əhatə edən 43 trilyon yen (290 milyard dollar) müdafiə xərclərinin planlaşdırılmasını qeyri-adekvat adlandırıb...

Poliqon xəbər verir ki, Çinin Hind-Sakit okean regionunda artan nüfuzu, Rusiya-Ukrayna böhranı və Şimali Koreyanın raket təhdidləri qarşısında Yaponiya hökuməti milli müdafiə xərclərinin yenilənməsini müzakirə edir.

Ekspertlər qrupunun rəhbəri Sakakibara Sadayuki öz bəyanatında müdafiə xərclərinin planlaşdırılmasına artan xərclər və yenin xarici valyutaya nisbətdə dəyər itirməsinin mənfi təsir göstərəcəyini müdafiə edib.

2023-2027-ci illərdə 43 trilyon yen müdafiə xərclərini qeyri-kafi olaraq xarakterizə edən Sakakibara hökumətin bu limitə diqqət yetirməsi lazım olduğunu da bildirib.

"Biz planlaşdırmada təftişləri tabu etməməliyik, reallığa, ictimai yükə və xüsusi maliyyə resurslarına əsaslanan vicdanlı müzakirələr aparmalıyıq", deyə Sakakibara bildirib.

Baş nazir Kişida Fumio parlament iclasında müdafiə avadanlıqlarının qiymətlərinin artmasına və yenin ucuzlaşmasına baxmayaraq, xərcləmə planının həcmini saxlamağı hədəflədiklərini bildirib.

Yaponiya hökuməti 2022-ci ilin dekabrında 3 milli doktrinasını yeniləyib: Milli Təhlükəsizlik Strategiyası, Milli Müdafiə Prinsipləri və Uzunmüddətli Müdafiə Proqramı.

2021-ci ildə ümumi daxili məhsulunun (ÜDM) 1,2 faizini müdafiə xərclərinə ayıran Yaponiya 2027-ci ildə ÜDM-in 2 faizini bu xərclərə ayırmağı hədəfləyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar