Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya iqtisadiyyatı tənəzzüldə: Üçüncü yeri Almaniyaya verib

Yaponiya iqtisadiyyatı beş ildə ilk dəfə tənəzzülə uğrayıb...

Yaponiya iqtisadiyyatı 2023-cü ilin dördüncü rübündə tənəzzülə uğrayıb. Bu, son beş ildə ilk dəfə baş verib.

Poliqon xəbər verir ki, bu barədə Yaponiya Statistika Xidmətinin saytında dərc olunan hesabatda deyilir.

Texniki tənəzzül bir ölkənin ÜDM-nin iki rüb ardıcıl olaraq azalmasıdır. İyul-sentyabr aylarında Yaponiyanın real ÜDM-də azalma əvvəlki rüblə müqayisədə 0,8%, oktyabr-dekabr aylarında isə 0,1% təşkil edib.

Ölkədə analoji tənəzzül dövrləri 2001, 2008-2009, 2012 və 2018-ci illərdə də qeydə alınıb.

Nəticədə Yaponiya dünyanın üçüncü iqtisadiyyatı olaraq yerini Almaniyaya verib. Ötən ilin sonunda Yaponiyanın ÜDM-i dollar ifadəsində 4,21 trilyon dollar, Almaniyada 4,46 trilyon dollar təşkil edib.

Keçən həftə Hindistanın baş naziri Narendra Modi ölkəsinin tezliklə dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcəyini açıqlayıb. Bu gün Hindistan beşinci yerdədir. Yanvarda Hindistan fond bazarının kapitallaşması baxımından ilk dəfə olaraq Honq-Konqu ötüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar