Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-dan digər partiyalara məsələhət



Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycanda siyasi partiyalardan maliyyə hesabatı zamanı auditor rəyinin tələb olunacağı məsələsinə aydınlıq gətirib


S.Novruzov Trend-ə açıqlamasında bildirib ki, burada məqsəd siyasi partiyaların maliyyələşməsində şəffaflığı təmin etməkdir:

“Siyasi partiyalar həm dövlət büdcəsindən aldığı vəsait, həm də özünün topladığı üzvülük haqqı, ianələr və digər vəsaitlər haqqında Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməlidir. Götürək ki, hər hansı bir xarici təşkilat ilə şərik olan təşkilat və yaxud dövlət qurumu ilə şərik olan təşkilatlar, dini qurumlar və digər təşkilatlar siyasi partiyalara ianələr köçürə bilməz. Buna görə də hesabat təqdim olunanda orada maliyyənin mənbəyi də göstərilməlidir. Bu baxımdan auditor rəyinin təqdim edilməsi də vacibdir”.

Qeyd edək ki, "Mühasibat uçotu haqqında" qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi tələb olunacaq. Qanunun 14.6-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Ən çox oxunanalar