Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yalçın Topçu Bakıda qondarma “Mehdi” ilə görüşdü, qalmaqal yarandı


Bu günlərdə Bakıda səfərdə olan Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu və AKP Ordu millət vəkili Metin Gündoğdu Bakıda “zühur edən” qondarma “imam Mehdi” ilə görüşüb


Görüş ötən həftənin şənbə günü baş tutub. Görüş faktını özünü “imam Mehdi” adlandıran Kazım Əziz adlı həmin şəxs yerli saytlara açıqlamasında təsdiq edib.

Kazım Əziz adlı şəxs Bakının Kürdəxanı qəsəbəsinin sakinidir, 2015-ci ildə o, internetdə yaydığı çıxışında özünü “imam Mehdi” adlandırıb. Bir çox məmurlarla, o cümlədən Türkiyənin tanınmış xadimləri ilə “əlaqələrinin olduğunu” iddia edib.

Yalçın Topçu və Metin Gündoğdu Bakıya sonuncunun rəhbərlik etdiyi “Yerli Düşüncə Dərnəyi”nin təşkil etdiyi “Türk filmləri həftəsi” tədbirləri üçün gəlib. Bu tədbirlərə Türkiyənin Mədəniyyət Nazirliyi sponsorluq edib.



Kürdəxanılı “imam Mehdi” deyir ki, Yalçın Topçu və Metin Gündoğdu ilə görüşündə onlara prezident Ərdoğana çatdırmaq üçün məktub da təqdim edib. “Ərdoğan ancaq mənim sayəmdə dünya lideri ola bilər. Onun Trampa və Putinə sözü keçməz, ancaq mənim sayəmdə və Allaha dua etməyimlə onlar üzərində təsirə malik ola bilər”-deyə “imam Mehdi” yüksək rütbəli türkiyəli rəsmilərə bildirib.

"Türkiyənin dünyada söz sahibi olmasını, Avropanın, Rusiyanın Amerikanın onunla hesablaşmasını istəyirsinizsə məni Rəislə görüşdürün"-kürdəxanılı "Mehdi sahib əz-zaman" türkiyəli rəsmilərə Ərdoğanla görüş istəyini də çatdırıb.



Türkiyənin aydınlık.com.tr saytı prezidentin müşavirinin və hakim partiya millət vəkilinin özünü “Mehdi” adlandıran, Azərbaycanda “saxtakar, dələduz” kimi tanınan biriylə görüşməsini “skandal” adlandırır. Bildirilir ki, bu görüş sosial şəbəkələrdə kəskin tənqid edilib, Türkiyə cümhuriyyətinin etibarını zədələyən hadisə adlandırılıb.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar