Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Həbsdə olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (ləğv edilib-red.) rəhbəri Vüqar Səfərli əmlak mübarizəsini davam etdirir...

Qafqazinfo”nun məlumatına görə, eks-fond rəhbəri müsadirədə qalmış 8 əmlakını da geri istəyir.

Bu yaxınlarda Bakı Apellyasiya Məhkəməsi onun dövlət nəfinə alınmış 12 əmlakından 4-ünü müsadirədən azad etmişdi.

V.Səfərli həmin qərarla razılaşmır, qalan əmlaklarını da tələb edir. O, bu məqsədlə Ali Məhkəməyə müraciət edib. Şikayət ərizəsində yazıb ki, müsadirə edilmiş əmlaklar cinayət baş verən dövrdə alınmayıb.

Həmin əmlakların siyahısını təqdim edirik:

- “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobillər;

- İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi;

- İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi;

- Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi;

- Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi;

- Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;

- Banklardan birinin hesabında olan 300 min manat, həmin bankda oğlunun hesabına olan 500 min manat;

- Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat.Kassasiya şikayəti icraata götürülüb. Yaxın vaxtlarda yüksək instansiya məhkəməsi qərarını açıqlayacaq.

Qeyd edək ki, V.Səfərli 2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olub. 2021-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinən eks-fond rəhbəri 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Azərbaycan və Tacikistan arasında elmi və tədqiqat əlaqələri yaradılacaq

"Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - Video

Ən çox oxunanalar