Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xüsusi prokuror Müller Emin Ağalarovu dindirmək istəyir

Söhbət 2016-cı ilin iyununda Nyu-Yorkun “Trump Tower” göydələnində baş tutmuş görüşdən gedir

Rusiyanın ABŞ-dakı prezident seçkilərinə güman edilən müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller, ABŞ KİV-lərinin iddia etdiyi kimi, kiçik Donald Trampla rusiyalı hüquqşünas Natalya Veselnitskayanın Nyu-Yorkda görüşünün keçirilməsinə kömək etmiş müğənni Emin Ağalarovu dindirmək niyyətindədir.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə NBC telekanalı müğənninin vəkili Skott Balberə istinadən məlumat verib.

Müdafiəçinin sözlərinə görə, xüsusi prokurorun aparatı icraçının nümayəndələri ilə sıx əlaqədədir. Hüquqşünas qeyd edib ki, hazırda Ağalarovla Müllerin görüşünün mümkünlüyü “müzakirə edilir”. “Necə olacağı məlum deyil”, - Balbera deyib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Mənbə qeyd edir ki, vəkil xüsusi prokurorun Emin Ağalarovun atası Araz Ağalarovla söhbətdə maraqlı olub-olmaması barədə heç bir söz deməyib. Araz Ağalarovun adı kiçik Trampın sonradan dərc etdirdiyi və görüşün təşkilinə aid olan yazışmada çəkilirdi.

Söhbət 2016-cı ilin iyununda Nyu-Yorkun “Trump Tower” göydələnində baş tutmuş görüşdən gedir. Həmin görüşdə Veselnitskaya iştirak edib. Daha öncə kiçik Tramp etiraf edib ki, onunla görüşə Hillari Klinton barədə təxribat xarakterli məlumat əldə edə bilmək arzusu ilə gəlib. Siyasi rəqiblər isə iddia edirlər ki, bu görüş Trampın seçki qərargahı ilə Rusiya arasında güman edilən əlaqələrin mövcudluğunu sübut edir.

38 yaşlı Azərbaycan əsilli müğənni cari ilin aprel ayının 20-də Demokrat Partiyasının Milli Komitəsi tərəfindən Manhetten məhkəməsinə verilmiş iddia ərizəsində cavabdehlərdən biri kimi qeyd olunub. İddiaçıların fikrincə, Trampın seçkiöncəsi kampaniyası Rusiya tərəfindən dəstəklənirmiş.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar