Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xorvatiya klubu Mahir Emrelinin transferindən imtina edib

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Polşa "Legiya"sına məxsus olan Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transferindən imtina edib.

"Report" "index.hr" saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisi Türkiyə "Başakşehir"inin 25 yaşlı hücumçu üçün Varşava klubuna rəsmi təklif göndərməsindən sonra fikrini dəyişib.

Forvardı təzminat ödəmədən heyətinə qatmağı planlaşdıran "Dinamo" İstanbul klubunun 750 000 avro dəyərində təklifindən sonra geri addım atıb.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar