Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi – Şöbə müdiri saxlanılıb...

Xəzər Rayon İcra Hakimiyətinin binasında əməliyyat tədbiri həyata keçirilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Xəzər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Əli oğlu Zeynalov rüvşət alarkən həbs edilib.

PİA.az-a daxil olan məlumaya görə icra hakimiyyətinin məsul işçisi rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən saxlanılıb. Başına torba keçirilən şöbə müdiri nəzarət altında Xəzər İcra Hakimiyyətinin binasından çıxarılaraq istintaqa aparılıb. Məlumatda qeyd olunur ki, bu gün Tural Zeynalovun barəsində 3 aylıq həbs qərarı çıxarılacaq və o, Bakı İstintaq Təcridxanasına göndəriləcək.

Tural Zeynalovun cinayət əməli ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyinin də sorğu-sual olunduğu bildirlir. Qeyd olunur ki, həbsindən sonra Tural Zeynalov cinayət ortaqları haqda ətraflı ifadə verib, aldığı rüşvət, iş bölgüsünün detallarını istintaqçılardan gizlətməyib. Məlum olub ki, sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alınıb. Əgər ev iki mərtəbə tikilibəsə, qiymət də 2 qat artıb.

Bundan başqa bildirilıir ki, Tural Zeynalov Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin “ölü can” olduğunu, onlara aid əmək haqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.

Mənbə qeyd edib ki, Tural Zeynalov Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra böyük varidat sahibinə çevrilib. Qısa müddətdə “Audi-6”, “Niva” “Ford” markalı maşınlar alıb, hər bir maşına sonluğu 888-lə bitən nömrə nişanı da bağlatdırıb. Onun rayon ərazisində ayrı-ayrı şəxslərin adına rəsmiləşən torpaq sahələrinə də sahibləndiyi bildirilir.

Martın 3-də 11.35-də gerçəkləşən əməliyyatın Xəzər rayonunda, xüsusilə dəniz sahili ərazilərdə torpaqların saxta sənədlər əsasında ələ keçirilməsində iştirak edən bütün vəzifəli şəxslərin həbsinə qədər uzanacağı bildirilir.

Qeyd olunur ki, Tural Zeynalov rayondakı torpaq mafiyasının kiçik vintciklərindən biridir. Vəzifəsinə görə o, qanunsuz yollarla, sənədlərin saxtalaşdırılması vasitəsi ilə ələ keçirilən torpaqlara, xüsusən “Türkan bulvarı” ərazisinə dair Xəzər İcra Hakimiyyətindən verilən plan-sxemlərə imza atıb. Buna görə alınan külli miqdarda rüşvətdən ona da pay çatıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar